Kim düz danışır? - “Müraciət olundu, onlar razılaşmadılar”

01:10 Problem 65
Kim düz danışır? - “Müraciət olundu, onlar razılaşmadılar”

Ertem Şenerin “Napoli” - “Qarabağ” oyununu şərh etməsi ilə bağlı İctimai Televiziyaya (İTV) hər hansı müraciət olunması barədə məlumatlar həqiqəti əks etdirmir.

Sportinfo.az xəbər verir ki, bu barədə TVNET platforması məlumat yayıb.

Bildirilib ki, belə bir müraciət olmadığı üçün İTV tərəfindən guya mənfi cavab verilməsi ilə bağlı yayılan xəbərlər də tamamilə yanlışdır.

“Bu mövzuda nə SPORT TV, nə də Ertem Şener tərəfindən İTV-yə müraciət olunub. Bir müddət əvvəldən şərhçinin məhz hansı oyunları televiziyamızda şərh edəcəyi ilə bağlı məlumatlar paylaşılırdı.

Bəzi sosial media səhifələrinin heç bir lüzum olmadığı halda belə bir ajiotaj yaratmağa cəhd etməsi və İTV-nin adını hallanması təəssüf doğurur”, – deyə açıqlamada qeyd olunur.

Ertem Şener sosial şəbəkə hesabında bildirib ki, özü şəxsən matçı şərh etmək üçün müraciət etməyib:

“Ortaq yayım üçün müraciət olundu, lakin onlar razılaşmadılar”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 18:10 Çək və bizə göndər!
1 Dekabr 17:20 II Liqada 4:1 günü