“Mən qəbul olunan bu qərarı dəstəkləmirəm”

1 Dekabr 23:40 Problem 135
“Mən qəbul olunan bu qərarı dəstəkləmirəm”

“Söhbət ümumi Azərbaycan futbolunun inkişafından gedirsə, milli komandaları da düşünmək lazımdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Ozqon”un hücumçusu Orxan Əliyev deyib.

Son ayları Qırğızıstanda keçirən, bu ölkənin çempionatında çıxdığı 9 görüşdə 7 qolla yadda qalan 29 yaşlı forvard Premyer Liqamızda legioner limitinin ləğvinə münasibət bildirib:

“Qəbul olunan qərarı dəstəkləmirəm.

Deyək ki, daha çox legionerin gəlməsi ilə çempionatın səviyyəsi artır, maraq çoxalır.

Bəs milli komandalar? Onların aqibəti necə olacaq?

Bu gün yalnız “Qəbələ” ilə “Kəpəz” azərbaycanlılara daha çox şans verir. Onlardan da millilərə demək olar heç kim çağırılmır.

Digər klublardakı milli üzvlərinin az qala yarısı ehtiyatda qalır. Bu, mənim şəxsi fikrimdir ki, limitin ləğvi milliyə ziyandır”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 18:10 Çək və bizə göndər!
1 Dekabr 17:20 II Liqada 4:1 günü
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"