“Qarabağ”ın məşqçisi çətin vəziyyətə düşdü

22:20 Problem 195
“Qarabağ”ın məşqçisi çətin vəziyyətə düşdü

Azərbaycan kubokunun 1/8 final mərhələsi bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

2-4 dekabr aralığında baş tutacaq oyunları dörd nəfər kənardan izləyəcək.

Bunlar “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov, “Zirə”nin məşqçilər korpusunda yer alan Vüqar Məmməd, “Karvan-Yevlax”ın futbolçusu Nika Çaçaşvili və “Şəfa”nın oyunçusu Elvin Nəsibovdur.

Adları çəkilənlərin hər biri öncəki turlarda aldıqları qırmızı vərəqələrə görə cəzalı duruma düşdüyündən, texniki zonaya buraxılmayacaq.

Dekabrın 2-də “Zirə” – “Neftçi”, “Şahdağ Qusar” – “Turan Tovuz”, bir gün sonra “Şamaxı” – “Baku Sportinq”, “İmişli” – “Sabah”, “Qarabağ” – “Karvan-Yevlax”, dekabrın 4-də “Qəbələ” – “Şəfa”, “Araz-Naxçıvan” – “Kəpəz”, “Difai” – “Sumqayıt” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"