
Premyer Liqanın 34-cü turunun maraqlı qarşılaşmalarından biri bölgədə baş tutacaq.
Bürünc medallar uğrunda mübarizə aparan “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edəcək.
Hər iki komanda meydana itkilərlə çıxacaq.
Qərb təmsilçisi beş zədəli futbolçunun xidmətindən yararlana bilməyəcək. Bunlar Şəhriyar Əliyev, Rüfət Əhmədov, Roderik Miller, Denis Marandiçi və Jo Batistadır.
Ayxan Hüseynov da matçı kənardan izləyəcək. “11 nömrə” sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.
“Ağ-qaralar”da zədə eipdemiyasına yoluxan Rafael Quzzo, Robert Bauer və Emil Səfərov hələ ki, fərdi məşqlərlə kifayətlənirlər. Ryonosuke Ohori zədəsini sağaldaraq kollektivlə birgə məşq etməyə başlayıb.
Ötən həftə “Kəpəz”lə görüşün ikinci yarısında qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edən Elvin Camalov da bu oyunun iştirakçısı ola bilməyəcək.
Mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ