“Ermənistan tərəfindən ciddi addımlar görmürük” - Nazir

21 Yanvar 2025 07:10 Problem 787
“Ermənistan tərəfindən ciddi addımlar görmürük” - Nazir

“Ermənistanla post-münaqişə dövrü davam edir.

Xarici işlər nazirləri arasında hazırkı mərhələdə münasibətlər sülh məsələsi ilə bağlıdır”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, hələ ki xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri barədə məlumat yoxdur.

Sülh müqaviləsinin bağlanması ilə bağlı görüşlər 2025-ci ildə də davam edəcək:

“Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bununla bağlı qarşı tərəfdən ciddi addımlar atılmasını görmürük”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı