COP29

Rövnəq Abdullayev AFFA-dan getdi, maliyyə dəstəyini kəsdi, burada işlər dayandı

19 May 11:05 Problem 2 408
Rövnəq Abdullayev AFFA-dan getdi, maliyyə dəstəyini kəsdi, burada işlər dayandı

Şövkət Orduxanov adına Qusar şəhər stadionunun tikintisi yenidən dayandırılıb.

Artıq bir müddətdir ki, burada inşaat prosesinə ara verilib.

Saytımızın Qusarda olan nümayəndəsinin yerli futbolsevərlərdən aldığı məlumata görə, 2 aya yaxındır burada heç bir iş görülmür.

«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin kurasiyasında olan şirkətin mühafizəçiləri gecə-gündüz arenada növbə çəksə də, işçi briqadaları «yoxa çıxıb».

Güman edilir ki, bu, maliyyə çatışmazlığı ilə əlaqədardır. E.Pirverdiyev illər öncə stadionu biznes qurumunun mülkiyyətinə keçirib.

O, idman qurğusunu yalnız öz vəsaiti hesabına tikdirmir. Bu işdə Rövnəq Abdullayev də yardımçı olub.

Bəli, yardımçı olub, indi isə…

Aprelin 2-də AFFA-nın prezidenti postundan gedəndən sonra arenanın inşaatına vəsait ayırmağı dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"