COP29

“Fevraldan başlayaraq sülh müqaviləsi ilə bağlı danışıqlar intensiv olaraq bərpa edilib”

14 May 18:30 Problem 223
“Fevraldan başlayaraq sülh müqaviləsi ilə bağlı danışıqlar intensiv olaraq bərpa edilib”

“Fevral ayından başlayaraq sülh müqaviləsi ilə bağlı danışıqlar intensiv olaraq bərpa edilib”.

Bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ümumilikdə mayın 10-11-də Qazaxıstannın Almatı şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında baş tutan görüşü müsbət qiymətləndirir.

C.Bayramov bildirib ki, Almatı danışıqları prosesin önəmli hissəsini təşkil edir:

“Bu olduqca önəmli və mürəkkəb prosesdir. Azərbaycan üçün ən önəmli məsələ sənədin beynəlxalq hüquqa əsaslanan, gələcəkdə hansısa şübhələri istisna edən saziş olmasıdır”.

Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İan Borq əlavə edib ki, həm Ermənistan, dəm də Azərbaycanın xarici işlər nazirlərindən iki ölkə arasında münasibətlərin normallaşmasına dair müsbət xəbərlər alır və danışıqların davam etdirilməsini istəyirlər.

Bunu Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Danışıqların davam etdirilməsini eşitməkdən şad oldum. Sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik. Yeni reallıqları qəbul etməliyik. ATƏT region üçün nə düzgündürsə, o istiqamətdə qərarların verilməsinə davam edəcək”, - İ.Borq qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"