İçki düşkünü olan tanınmış hücumçu ilə bağlı dəhşətli faktlar üzə çıxdı

9 Aprel 23:00 Problem 16 522
İçki düşkünü olan tanınmış hücumçu ilə bağlı dəhşətli faktlar üzə çıxdı

Müstəqillik tarixində Azərbaycan millisinin və “Neftçi”nin aparıcı hücumçularından olmuş Vadim Vasilyev sosial şəbəkə vasitəsilə ictimaiyyətə səslənib.

Ötənlərin məşhur “10 nömrə”si kart hesabını paylaşaraq özünə yardım aksiyasına start verib. Lakin maliyyəni hansı məqsəd üçün toplaması barədə məlumat verməyib.

Bu mövzuda araşdırma apararaq dəhşətli faktları üzə çıxardıq.

İllərdir spirtli içki aludəçisi olan Vasilyevin insult keçirməsi də bu səbəbdən olub. Daxili orqanları sıradan çıxan sabiq futbolçu insult keçirib və dərhal xəstəxanaya yerləşdirilib.

Xəstəxanada əməliyyat olunması və orada qalması üçün tələb olunan xərcin böyük hissəsi, demək olar hamısı AFFA tərəfindən qarşılanıb. Nə az, nə çox, 10 min manata yaxın vəsait köçürülüb. Həkimlər Vadimi müalicəsini evdə davam etdirməsi üçün qərar verəndə, anası buna qarşı çıxıb. Tam sağalana qədər klinikada qalmasını istəyib. AFFA daha 5-6 günün xərcini ödəyərək məşhur forvardın tam sağalması üçün əlindən gələni edib.

Vasilyev xəstəxana da hər kəsi şoka salıb. O, müalicə üçün istifadə olunan tibbi spirti içərək “kefini sazlayıb”. Tibb bacıları bu haqda dərhal klinika rəhbərliyinə və xəstənin yaxınlarına məlumat verib.

Spirtli içkilərdən uzaqlaşmaqda çətinlik çəkən Vadim bir neçə il öncə ruhi əsəb dispanserinə yerləşdirilibmiş. Tanışı olan xanımla eyni masada yeyib-içən zaman sözlərinin çəp gəlməsinin nəticəsi “butulka davası”na səbəb olub. Tərəflərdən birinin xəsarət almasından sonra keçmiş “Neftçi”li ruhi əsəb dispanserinə aparılıb və bir müddət orada müalicə olunub.

Alkoqolizmdən əziyyət çəkən Vasilyevin yaxınları xəstəlikdən azad olunmaq yönündə ciddi cəhd etsələr də, özü buna gərək duymur. Hətta hazırda insanlardan pul toplamasının səbəbi kimi maddi vəsaiti içkiyə xərcləməsi göstərilir. Keçmiş komanda yoldaşları, qonşuları və doğmaları məlum vəziyyətdən xəbərdardırlar. Elə bu üzdən də əllərinə ciblərinə salmaq istəmirlər.

Yoxsa o boyda ad-soyadın sahibi olan Vadim Vasilyev xalqdan niyə pulğın ki?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU