COP29

Premyer Liqa, I Liqa və II Liqa klubları PUL ALA BİLMİR

20 Noyabr 2023 14:00 Problem 915
Premyer Liqa, I Liqa və II Liqa klubları PUL ALA BİLMİR

Premyer Liqa, I Liqa və II Liqa klubları maliyyə problemi ilə üzləşib.

Hər üç çempionatın iştirakçıları dövlət tərəfindən onlara ayrılmış yardım paketini vaxtında ala bilmir.

Redaksiyamıza verilən məlumata görə, bu çətinliklər sentyabr ayından etibarən yaranmağa başlayıb və hələ də davam edir.

Ötən mövsüm belə bir ciddi sıxıntı yox idi. Klublar hər ayın 15-dək bu dotasiyanı alırdı.

Bir-iki gün o yan-bu yan ola bilərdi, ondan gec olmazdı. İndi isə vəsaitın ödənilməsi ayın sonunadək uzadılır.

AFFA-dan məlumatı saytımıza təsdiq ediblər. Bildirilib ki, mövcud problem federasiyadan qaynaqlanmır. O da qeyd olunub ki, klubların üzləşdiyi çətinlik müvəqqəti haldır və qarşıdakı aylarda həllini tapacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?