"Qalatasaray"ın oyunu üçün 30 manatlıq bilet alan azarkeşlər acı mənzərə ilə üz-üzə qaldı - VİDEO

27 Mart 2023 22:20 Problem 816
"Qalatasaray"ın oyunu üçün 30 manatlıq bilet alan azarkeşlər acı mənzərə ilə üz-üzə qaldı - VİDEO

Dünən "Qarabağ" - "Qalatasaray" oyunu üçün 30 manatlıq bilet alan bir neçə azarkeşin başına maraqlı olay gəlib.

Belə ki, start fitindən əvvəl arenaya ayaq basan azarkeşlər onlara məxsus olan yerə yaxınlaşanda acı durumla üz-üzə qalıblar.

Bakı Olimpiya Stadionun oturacaqlarının yararsız vəziyyətdə olması fanatların onlara aid yerdə əyləşib matçı izləməsinə mane olub.

Bir müddət qırılmış oturacaqları yerinə bərkitməyə çalışana azarkeşlər buna qismən nail ola biliblər.

30 manat biletə pul verən fanatlar qarşılaşdıqları durumdan pərişan olublar.

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara yardım üçün keçirilən yoxlama oyunu İstanbul təmsilçisinin qələbəsi ilə (2:1) başa çatıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"