Molla rejimindən qadınlarla bağlı inqilabi qərar: Yenə aldadacaqlar?

25 Yanvar 2023 02:00 Problem 565
Molla rejimindən qadınlarla bağlı inqilabi qərar: Yenə aldadacaqlar?

İran Futbol Federasiyasının sədr müavini Mənsur Qənbərzadə maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, yaxın vaxtlarda qadınların kişi komandalarının təşkili ilə keçirilən futbol matçlarında iştirak etmə ehtimalının olduğunu bildirib.

Federasiya rəsmisi bu istiqamətdə zərif cinsin nümayəndələrinin arzusunun həyata keçirməyə səy göstərəcəyinə söz verib.

İdman rəsmisi qadınların matçlara nə vaxt buraxılacağı ilə bağlı konkret tarix söyləməyib. Lakin bunun FİFA və Asiya Futbol Konfederasiyasının tələbi olduğunu qeyd edib.

Buna baxmayaraq, Qənbərzadə vurğulayıb ki, qadınların stadionda olması düzgün formada təşkil edilməli və federasiyası ilə yanaşı, digər orqanlarla da razılaşdırılmalıdır.

1979-cu ildən İranda qadınların, kişilərin oynadığı futbol matçlarında iştirakına qadağa qoyulub. Onlar yalnız xarici ölkələrdə olduqları zaman bu istəklərini reallaşdıra biliblər.

Əvvəlki illərdə dəfələrlə qadınların stadiona buraxılacağı ilə bağlı məsələ gündəmə gəlsə də, bu baş verməyib.

Hətta İranın sabiq prezidenti Həsən Ruhani 2018-ci ildə FİFA prezidenti Canni İnfantinonun bəyanatından sonra qurumun nümayəndələrinə söz vermişdi ki, bu məsələ ilə bağlı qərar verəcək. Ancaq sözünə əməl etməyib.

Digər Xəbərlər
Xəbər Lenti