Azərbaycanda 4 futbolçunu bu hərəkətlərə görə həm cərimə, həm də cəzalandırdılar

9 Dekabr 2022 22:40 Problem 332
Azərbaycanda 4 futbolçunu bu hərəkətlərə görə həm cərimə, həm də cəzalandırdılar

“Sabah”ın legioneri Kristian Sebalyos iki oyunluq cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, buna oyunçunun Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah” – “Şamaxı” oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

Sözügedən hərəkətə görə, klub isə 1600 manat cərimə edilib.

Həmin matçda “Şamaxı”nın oyunçusu Elçin Mustafayev də ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Şamaxı” 600 manat ziyana düşüb.

XVI turun “Kəpəz” – “Sumqayıt” oyununda gəncəlilərin qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə klub 800 manat cərimələnib.

Sözügedən oyunda “Sumqayıt”ın oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat ödəməlidir.

Digər Xəbərlər
Xəbər Lenti