Rusiya ordusuna çağırıldı, AFFA-dan kömək istədi, amma…

28 Sentyabr 2022 16:00 Problem 2 634
Rusiya ordusuna çağırıldı, AFFA-dan kömək istədi, amma…

“Səbail”in keçmiş məşqçisi Emin Ağayev Rusiya ordusunda xidmət edə bilər.

49 yaşlı mütəxəssis Ukraynayla müharibə ilə əlaqədar səfərbərlik çərçivəsində silahlı qoşunların sıralarına çağırılıb.

Moskvada qeydiyyatda olduğu rayon üzrə hərbi komissarlığa yollanan Ağayev zəruri müayinələrdən keçib. Ona lazım gələcəyi vaxt Ukrayna ilə müharibəyə yollanacağı bildirilib.

Azərbaycan millisinin sabiq üzvü Rusiya ordusuna çağırıldı

1992-ci ildə “Neftçi” ilə Azərbaycan çempionu olan müdafiəçi sonradan Rusiyaya köçüb. Uzun illər oynadığı bu ölkədə vətəndaşlıq alan Ağayev bu ilin mayında “Səbail”dən ayrılıb.

Burada 3 il Aftandil Hacıyevlə çiyin-çiyinə işləmiş məşqçi 6 ay öncə AFFA-ya müraciət edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini bildirib.

Vaxtilə millimizin formasını geyindiyi üçün federasiyadan kömək uman mütəxəssis dəfələrlə cəhd göstərməsinə baxmayaraq, qarşı tərəfdən hələ heç bir cavab ala bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"