AFFA "Kəpəz"in yaxasını nə vaxt rahat buraxacaq?

15 Avqust 2022 14:40 Problem 1 707
AFFA "Kəpəz"in yaxasını nə vaxt rahat buraxacaq?

"Azarkeşlərin məni istefaya səsləməsi normaldır".

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə «Neftçi» ilə oyundan sonra belə bir söz işlədib.

Gəncə klubunda dördüncü mövsümünə uğursuz start verən 62 yaşlı çalışdırıcı derbidəki məğlubiyyətə görə növbəti dəfə fanatların qəzəbinə tuş gəlməsini adi qarşılayıb.

O, belə reaksiyaları çox görüb və qarşıdakı oyunların birində qulağına «istefa» şüarı dəyməsə, yəqin ki, bunun özünə təəccüblənər. Artıq bu kimi təpgilər ona «vız» gəlir.

Vahabzadə balaca adamdır. Çox balaca. Zatən, AFFA-nın sözü ilə oturub-qalxan heç bir məşqçi böyüyə, sevilə bilməz.

Federasiya bu imkanı onlara vermir, mütiləşdirir. Vahabzadənin ixtiyarı özündə olsaydı, «Kəpəz»dən çoxdan getmişdi.

Bu qədər həngaməni, tənqidi şəninə sığışdırmazdı. 62 yaşlı adam bir belə təzyiqi öz üzərinə niyə çəksin, onun altında əzilmək istəsin ki…

Onu AFFA məcbur edir. «Şüşəbənd» əhli Vahabzadəni vəzifə başında saxlamaqla, «Kəpəz»dən 2017-ci ilin payızındakı hadisənin acığını çıxır.

Vaxtilə AFFA-nın kadrlarının burada etdiyi maliyyə maxinasiyasının üstü açılmasaydı, «Kəpəz» nə 3 il Premyer Liqaya həsrət qalardı, nə də Vahabzadə bu gün orada olardı.

AFFA əldən çıxan «qara pullar»a görə Gəncənin futbol dünyasının heysiyyatı ilə oynayır və deyəsən, hələ uzun müddət «daşı ətəyindən tökməyəcək».

Pul şirin şeydir, itirdikləri ilə hələ də barışa bilmirlər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?