Tovuzdakı möhtəşəm mənzərəyə KİÇİK İRAD

10 Avqust 2022 23:40 Problem 659
Tovuzdakı möhtəşəm mənzərəyə KİÇİK İRAD

“Turan Tovuz” 9 ildən sonra Premyer Liqada ilk matçına çıxdı.

"Qəbələ" ilə matça (0-2) bölgədə maraq gözlənildiyi kimi böyük idi.

Yenilənmiş komandanı görmək üçün tribunalara çox sayda fanat gəlmişdi.

Say olaraq təxminən 5000-dən çox. 90 dəqiqə komandanı möhtəşəm dəstəkləyən fanatlar gözəl səhnəyə səbəb oldular.

Amma təəssüf ki, ekran qarşısından baxanlar bu möhtəşəmlikdən uzaq düşdülər. Ki, oyunu canlı yayımlayan “CBC Sport” kanalının çəkiliş kamerası da fanatların böyük əksəriyyətinin oturduğu tribunada yerləşdirilmişdi.

Belədə yalnız az sayda fanatların yer aldığı qonaq tribunası və ümumiyyətlə tirbuna olmayan qapılar arxası görünürdü.

Düzdü, hazırda heç də yaxşı büdcəsi olmayan komanda rəhbərliyi üçün əlavə xərc planlara daxil olmaya bilər.

Amma Tovuzdakı o gözəlliyi 90 dəqiqə efirdə hiss etdirmək üçün indiki şərhçi otağını üzbəzüz tribunalara köçürmək daha məqsədə uyğun olardı. İnanaq ki, həlli üçün o qədər böyük xərc tələb etməyən bu iradımız Qərb təmsilçisinin rəhbərliyi tərəfdən nəzərə alacaq. Futbolun gözəlliyi, fanatların çəkdiyi əziyyətə xatir...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi