"Neftçi"nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan "Rapid"in problemləri açıqlanıb.
Sportinfo.az xəbər verir ki, komanda nə qədər mövsümə yaxşı başlayıb, Avstriya Bundesliqasında turnir cədvəlinə başçılıq etsə də, problemlər qalmaqdadır.
Məsələn, forvard Marko Qrüll və xorvat əsilli cinah hücumçusu Ante Bayiç ötən mövsümkü formalarında deyillər.
Komanda əks-hücumları tamamlamaqda acizdir. Standart vəziyyətlər hələ ki işə yaramır. Xüsusən "Rapid"ə penalti zərbələri zamanı bəxt amili kömək etmir.
"Rapid"in idman direktoru Zoran Barişiç isə Bakı səfəri öncəsi bildirib ki, "Rapid" kişi kimi mübarizə aparmalıdır. danışıb.
52 yaşlı xorvat əsilli mütəxəssisin sözlərinə görə, komanda keyfiyyətli oyunçulara malikdir:
"Nə vaxt lazım olsa, həmin futbolçunu əvəzləyə bilərik. Cəsarətli olmalı, kişi kimi düşünməli, hazırkı startdan razı olmalıyıq".
Avqustun 4-də "Bakcell Arena"da baş tutacaq "Neftçi" – "Rapid" matçı saat 21:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də Avstriyanın paytaxtı Vyanada olacaq.

