Mahir Emreli "Dinamo"da daha bir ŞOK HADİSƏ ilə üzləşdi

31 İyul 2022 13:20 Problem 1 884
Mahir Emreli "Dinamo"da daha bir ŞOK HADİSƏ ilə üzləşdi

"Dinamo"da (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən sıradan çıxıb.

25 yaşlı hücumçu evdə "İstra 1961" 4:1 hesabı ilə məğlub etdikləri ölkə çempionatının III tur matçından sonra əvvəlki zədəsini yeniləyib.

Belində ağrılar hiss edən forvard Bolqarıstanda "Lüdoqorets"lə oynanılacaq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünü buraxacaq. Onun yaşıl meydanlardan hansı müddətə kənarda qalacağı müayinələrdən sonra bəlli olacaq.

Emreli ilə yanaşı, Teofil Katrin də sözügedən qarşılaşmada meydana çıxa bilməyəcək. Bruno Petkoviçin oynayıb-oynamayacağı isə sual altındadır.

"Lüdoqorets" - "Dinamo" oyunu avqustun 2-də gerçəkləşəcək.

Zədədən yenicə qayıdan Mahir Emreli "İstra 1961"lə matçın 81-ci dəqiqəsində meydana çıxıb və 7 dəqiqə sonra fərqlənərək, görüşdə son nöqtəni qoyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti