“Qarabağ” üçün iki ciddi itki - Kadi və Riçard “Ferençvaroş”a qarşı oynamayacaq

29 İyul 2022 02:00 Problem 977
“Qarabağ” üçün iki ciddi itki - Kadi və Riçard “Ferençvaroş”a qarşı oynamayacaq

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferençvaroş”la qarşılaşacaq “Qarabağ” ciddi itkilərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, “atlılar”ın futbolçuları Kadi Borxes və Riçard Almeyda sarı vərəqə limitini doldurub.

İkinci təsnifat mərhələsində “Sürix”lə səfər oyununda sarı vərəqə alan hər iki yarımmüdafiəçi növbəti matçda meydana çıxa bilməyəcək.

Bundan başqa Kevin Medina da ciddi zədə alıb. Böyük ehtimalla o da Macarıstan klubu ilə matçda heyətdə yer almayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti