“Görmüşük ki, yeni işə başlayan adamın qarşısına siyahı qoyurlar, başa salırlar”

25 İyul 2022 21:00 Problem 961
“Görmüşük ki, yeni işə başlayan adamın qarşısına siyahı qoyurlar, başa salırlar”

“Fritz Stuxlikin məqsədi Azərbaycanın futbol hakimliyini uçuruma aparmaq, dağıtmaq idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında sabiq FİFA referisi Rəhim Həsənov deyib.

AFFA 2018-ci ilin sentyabrında görəvə gətirdiyi Fritx Stuxliklə yeni müqavilə imzalamayıb. 4 il Hakimlər Komitəsinə sədrlik etmiş avstriyalı funksionerin fəaliyyətinə münasibət birmənalı deyil.

Necə də olmasa, bu sahə onun dövründə davamlı qalmaqallı hadisələrlə yadda qaldı.

Ondan narazı olanlat yalnız klublar, məşqçilər və futbolçular deyil. “Fit sahibləri”nin özü də Stuxliki xoş olmayan fikirlərlə yada salır.

Eynən Rəhim Həsənov kimi. Sabiq sədrin qeyri-obyektiv münasibəti üzündən sevimli peşəsindən uzaq düşən beynəlxalq dərəcəli hakim, görəsən, Barış Şimşəkin təyinatından nə gözləyir?

Gılin, onu dinləyək:

“Yeni sədrin strategiyasının nədən ibarət olacağını bilmək lazımdır. Uzun illər hakimlikdə olmuşam,

AFFA-da məni yaxşı tanıyırlar, futbol ictimaiyyəti və jurnalistlər də həmçinin. Yəqin ki, ehtiyac duyulsa, adımı çəkərlər, haqqımda məlumat verərlər.

Görmüşük ki, yeni işə başlayan adamın qarşısına siyahı qoyurlar, ümumi vəziyyəti başa salırlar. Buraxaq zamanın ixtiyarına”.

Rəhim Həsənov hakimlik karyerasında Azərbaycan Premyer Liqasında 200-ə yaxın oyunu idarə edib. UEFA-nın bayrağı altında keçirilən yarışlarda meydanda əsas söz sahibi olduğu matçların sayı isə 30-dan artıqdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti