Pandemiyanın yeni dalğasının başladığını elan etdi

3 İyul 2022 12:50 Problem 1 059
Pandemiyanın yeni dalğasının başladığını elan etdi

Amerikanın “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla bildirib ki, dünyada koronavirusun yayılmasının yeni dalğası artıq başlayıb, lakin hələlik insanlar həkimlərin əllərində olan dərmanlar sayəsində adi həyat tərzinə təhlükəsiz şəkildə davam edə bilirlər.

Bu barədə İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində danışıb.

“Pandemiyanın yeni dalğası başlayıb. Düşünürəm ki, hələ hamı peyvəndin dördüncü dozasını qəbul etməyib və hazırda nəzarət etmək daha çətin olan “omicron” ştamı yayılıb.

Peyvənd COVID-19-dan xəstəxanaya yerləşdirilmə və ya ölüm ehtimalını azaldır”, - deyə Burla qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı