Futbolçu(lar) var, razılıq var, pul yoxdur – Transfer problemi

27 İyun 2022 23:40 Problem 1 190
Futbolçu(lar) var, razılıq var, pul yoxdur – Transfer problemi

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Lex" problemlə üzləşib.

Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, Poznan təmsilçisi bir müddətdir danışıqlar apardığı futbolçuların transferini rəsmiləşdirə bilmir.

İddiaya görə, əsas problem maliyyə ilə bağlıdır. Klubun təklifi qarşı tərəfi qane etmədiyindən keçid baş tutmur.

"Lex" daha əvvəl Portuqaliyanın "Belenenseş" klubunun hücumameylli yarımmüdafiəçisi Afonsu Souza ilə anlaşsa da, oyunçu ilə müqavilə imzalamaq hələ də mümkün olmayıb.

Polşa klubu portuqaliyalı futbolçuya 800 000 avro təklif edib. Yerli "Vitoriya" (Gimaraynş) isə Souza üçün "Belenenseş"ə 1,2 milyon avro verməyə hazır olduğunu bildirib.

"Lex"in son olaraq Norveç "Rusenborq"unun mərkəz müdafiəçisi Pavel Vagiç üçün göndərdiyi təklif də rədd edilib.

"Lex" "Qarabağ"la ilk oyununu iyulun 5-də Poznan şəhərindəki eyniadlı arenada keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

İyulun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda