I Liqada oynamalı legioner(lər)lə Premyer Liqada qalmaq olmaz!

17:40 Problem 1 209
I Liqada oynamalı legioner(lər)lə Premyer Liqada qalmaq olmaz!

15 ildən sonra Premyer Liqaya qayıdan «Karvan» gümanları/ proqnozları «doğrultdu».

Qış fasiləsinə hamıdan axırda, 12-ci pillədə yollandılar.

Füzuli Məmmədov 1 aya yaxındır ki, təyinat alıb bura. Gördüyü bəzi işlər var.

Bu 1 ayı boşa verib demək olmaz. Ötən müddətdə nələrisə dəyişməyə çalışıb.

«Karvan» daha müdafiədə əvvəlkitək boşluqlar vermir. Necə gəldi oynamırlar.

Məmmədovun yanaşması heç dəyişməyib - o, harada işləyibsə, möhkəm müdafiə bloku formalaşdıra bilib. Çalışdığı bütün komanda bu mənada seçlib.

«Karvan» da artıq müdafiədən oynayır, yalnız hücum etməyi fikirləşmir. Ən yaxşı müdafiə hücumdur?

Gəlin, bu nümunəni «Karvan» üçün çəkməyək. Axı Yevlax klubunda yaxşı futbolçular bir əlin barmaqlarının sayından da azdır.

Olsun legionerləri, olsun yerliləri - fərq eləməz - Premyer Liqanın ölçüləri onların əyninə böyük gəlir.

Füzuli Məmmədov bu oyunçularla heç nə eləyə bilməz. Özü çıxıb müdafiədə «Neftçi»də dayansaydı, «Karvan» heç o cür qollar görməzdi qapısında.

Olavale Doyeninin etdiyi səhvləri heç I Liqanın autsayder komandalarının müdafiəçiləri eləməz.

Əliyar Ağayev nigeriyalıya hələ güzəştə getdi. Emin Mahmudovun ayağına zərbə endirdiyi epizodda baş hakim penalti nöqtəsini göstərməklə kifayətləndi, halbuki afrikalı legionerə ikinci sarı vərəqəni göstərməli idi.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti