Onun siması - Brüsseldə sülh, İrəvanda revanş

24 May 2022 16:30 Problem 494
Onun siması - Brüsseldə sülh, İrəvanda revanş

“Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş sülh sazişinin başlıca prinsiplərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən müddətdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki görüş keçirilmişdi və sayca 3-cü olan bu görüşün nəticələri sülhə yaxınlaşma baxımından daha mütərəqqi və daha praqmatikdir”.

Расистская реклама известной компании разгневала пользователей сети - Видео

Bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

“Danışıqların ümumi motivləri və konseptual olaraq siyasi mövqelər Brüssel görüşünün Azərbaycanın ümummilli maraqlarına tamamilə uyğun olduğunu söyləmək mümkündür. Danışıqlarda Dağlıq Qarabağ adlı ifadəyə yol verilməməsi, belə bir inzibati ərazi vahidinin ümumiyyətlə mövcudluğuna işarə edilməməsi bir daha Azərbaycanın əzmkar diplomatik dominantlığını təsdiqləyir. Qarabağın coğrafi ərazi kimi Azərbaycanın inzibati bölgəsi olmasının rəsmi şəkildə Avropa İttifaqı Şurası və beynəlxalq birlik tərəfindən birmənalı olaraq qəbul edilməsi ölkəmizin ərazi bütövlüyünə növbəti etimadın nümunəsi hesab edilməlidir. Sülh sazişinin detalları Azərbaycan və Ermənistan arasında bərabərhüquqlu siyasi təmasların və qarşılıqlı əlaqələrin qurulmasını əsaslandırmaqla, Azərbaycanda yaşayan ermənilərin ölkəmizin vətəndaşları kimi hüquq və mənafələrinin qorunmasını da özündə ehtiva edir ki, bu da statusun ümumiyyətlə, siyasi leksikonda və danışıqların gündəmində olmadığına dəlalət edir. Əlbəttə, Azərbaycanda, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin mövcudluğunu və hüquq və mənafelərini heç bir halda heçə saymaq olmaz və onların ölkəmizdə yaşayan digər xalqlar kimi birgə, bərabər hüquqlarla yaşaması, təhlükəsizliyinin qorunması, iqtisadi və sosial inkişafı üçün bütün lazımi addımların atılması rəsmi Bakının prioritetlərindəndir. Qarabağda yaşayan ermənilərin öz milli-mədəni ənənələrini, mədəniyyətlərini inkişaf etdirməyə heç kim qadağa qoymur və Azərbaycanda təmin edilmiş dayanıqlı sabitlik şəraitində bütün xalqlar kimi onların da öz mədəni-elmi irsini yaşatmaları təmin ediləcəkdir. Bu xüsusda, onların Azərbaycan Respublikasının qanunları əsasında bütün mənafelərinin qorunacağı birmənalıdır.

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə praktiki tədbirlərin görülməsi barədə razılaşma da ümidverici perspektivdən xəbər verir. Apreldə keçirilmiş əvvəlki görüşdə Sərhəd Komissiyalarının yaradılması barədə razılıq əldə olunsa da, Ermənistan hakimiyyətinin “texniki səbəblər” bəhanəsi ucbatından komissiyanın formalaşdırılması mümkün olmamışdırsa bu görüşdə konkretlilik və nəticəlilik əldə edildi. Belə ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dünən imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması təmin edildi. Həmçinin, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan da Sərhəd Komissiyasının yaradılması haqqında sərəncamın imzalanması İrəvanın əvvəlki yersiz bəhanələrinin də geridə qaldığına işarədir. Beləliklə, hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya sərhədlərin delimitasiyası və sərhəd ərazilərində texniki-hüquqi vəziyyətlərin intensiv davamlı təmin edilməsi ilə məşğul olacaq.

Brüssel razılaşmasında ən fundamental amil bölgədə kommunikasiyaların açılması qərarıdır. Tərəflər Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı razılığa gəlib. Azərbaycan onsuz da, nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması istiqamətində işlərə hələ 2021-ci ilin sonlarından başlayıb, hazırda Ermənistanın da bu istiqamətdə praktik addımlar atması sayəsində Zəngəzur dəhlizinin həyata vəsiqə alması tezləşmiş olardı.

Beləliklə, Brüssel razılaşması Ermənistan və Azərbaycan arasında normal dövlətlərarası münasibətlərin qurulması, Cənubi Qafqazda davamlı və dayanıqlı sülh mühitində səmərəli sağlam qonşuluğun yaradılması, regionda birgə faydalı əməkdaşlığın bərqərar olması və bununla da regionun uzun illər pas bağlamış qapılarının hər kəsin üzünə açılması üçün tarixi fürsət yaradır.

Təbii ki, Sülh sazişinin imzalanması İrəvanın atacağı addımlardan asılı olacaq. Çünki Paşinyan Avropada özünü sülh təşəbbüskarı kimi göstərsə də, ölkəsinə qayıtdqıdan sonra məkrli erməni xislətini və simasını göstərir, sərhədlərin delimitasiyasını, sülhün bərqərar olmasını pozan hərəkət edir. Ona görə də, Ermənistan bu fürsətləri dəyərləndirməklə ya bölgədə kövrək sülhü əbədi edə, ya da öz məntiqsiz siyasəti ilə yenə də özünü ağır duruma sala bilər.

İnanaq ki, Brüsseldəki üçtərəfli görüş formatı çoxtərəfli sülh əməkdaşlığı paltformasına çevriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti