Avrokuboklardan kənarlaşdırılan 4 klub UEFA-dan CAS-a şikayət etdi

13 May 2022 22:00 Problem 789
Avrokuboklardan kənarlaşdırılan 4 klub UEFA-dan CAS-a şikayət etdi

ÇSKA, “Zenit”, “Dinamo” və “Soçi” UEFA-nın Rusiya klublarını avrokuboklardan kənarlaşdırmaq qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib

Sportinfo.az xəbər verir ki, bu barədə klubların mətbuat xidməti məlumat yayıb.

Klublar şikayətə tez bir zamanda baxılmasını tələb ediblər.

Rusiya qoşunlarının fevralın 24-də Ukraynaya hücum etməsindən sonra bu ölkəyə qarşı bir çox sanksiyalar tətbiq edilib.

Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib. UEFA 2022/23 mövsümündə Rusiya təmsilçilərinin avrokuboklarda iştirak etməyəcəyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"