“Neftçi” yardım etdi, AFFA-dan da söz veriblər” – BOMBARDİRİN OĞLU

7 May 2022 19:00 Problem 1 210
“Neftçi” yardım etdi, AFFA-dan da söz veriblər” – BOMBARDİRİN OĞLU

“Şükürlər olsun, atamın vəziyyəti yaxşıya doğru dəyişməkdədir. Ev şəraitində müalicə olunur, həkimlər gəlib-gedir”.

90-cı illərin tanınmış futbolçularından olan Nazim Əliyevin oğlu Elgiz Kərəmli Sportinfo.az-a açıqlamasında atasının son durumu ilə bağlı danışıb.

Şəkərli diabetdən əziyyət çəkən ötənlərin məşhur hücumçusu bir müddət öncə koronavirusa yoluxmışdı.

Virusa yoluxması səhhətində daha ciddi problemə yol açmışdı ki, həkim müayinəsindən sonra Əliyevə qara ciyər serrozu qoyulmuşdu.

Kərəmli bu müddətdə üzləşdiyi problemlərdən və pis gündə Nazim bəyə əl tutan qurumlardan danışıb:

“Xəstəliyi 2,5 ay əvvəl başlamışdı. Ayyarım çətinlik çəkdik, vəziyyəti çox pis idi. Son 1 ayda xeyli irəliləyiş var. Vəziyyəti sabitdir deyə bilərəm.

Bu neçə vaxtda özümüzün və yaxınlarımızın dəstəyi ilə müalicə etməyə çalışırdıq. “Neftçi” rəhbərliyi sağ olsun, maddi köməklik göstərdi.

AFFA-dan da söz veriblər, yardım edəcəklər. Orda vəziyyət elədir ki, kömək üçün yazılı müraciət etməlisən, müraciət qeydə alınmalı və büdcədən maliyyə ayrılmalıdır.

Deyilən kimi etdik və müsbət cavab verildi bizə. Bildiyimə görə, gələn həftə hesaba köçürmə olacaq.

İnşallah, pis günlər geridə qalar. Atam özü də ayağa qalxmaq, yenidən işinə qayıtmaq üçün səbirsizlənir.

Fürsətdən istifadə edib çətin günlərdə yanımızda olan "Neftçi" və AFFA rəhbərliyinə, həmçinin Veteranlar İttifaqına təşəkkür edirəm".

59 yaşlı mütəxəssis futbolçu karyerasında “Neftçi”, “Qarabağ”, “Xəzər” (Sumqayıt), “Dinamo” (Bakı) kimi komandaların şərəfini qoruyub ki, Azərbaycan milli çempionatlarında vurduğu 183 qolla indiyə qədər ən sərrast futbolçu hesab olunur.

Vaxtilə peşəkar futbolla məşğul olan Elgiz Kərəmli hazırda U-18 millisində baş məşqçi Aqil Nəbiyevin köməkçisidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!