“Mənim onlara görə ürəyim parçalanır, amma başqa cür edə bilməzdik”

7 May 2022 15:40 Problem 466
“Mənim onlara görə ürəyim parçalanır, amma başqa cür edə bilməzdik”

"Rusiya idmançılarına qarşı tətbiq olunan sanksiyalara görə ürəyim parçalanır".

Sportinfo.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner vəziyyətin çətin olduğunu söyləyib: "Biz başqa cür edə bilməzdik. Bu, idmançıların müharibəsi deyil. Bu səbəbdən onların əziyyət çəkməsi çox pisdir".

Daha əvvəl UEFA İcraiyyə Komitəsi 2022/2023 mövsümü üçün Rusiya komandalarını yarışlardan kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti