“Əşi, eybi yox, problem yoxdur - Kim nə edir, nə deyir, maraqlanmıram”

6 May 2022 20:40 Problem 780
“Əşi, eybi yox, problem yoxdur - Kim nə edir, nə deyir, maraqlanmıram”

“Kim nə edir, nə deyir, maraqlanmıram. Apellyasiya şikayətinin cavabından da xəbərim yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA İntizam Komitəsi tərəfindən futboldan 2 il müddətinə uzaqlaşdırılan Ramal Hüseynov deyib.

Hüseynovun çalışdığı “Səbail” klubu seleksiyaçı-məşqçinin cəzasının yüngülləşdirilməsi ilə bağlı Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti etsə də, tribunal 2 illik cəzanı qüvvədə saxlayıb.

Ramal məsələdən xəbərsiz olduğunu və hazırda bu barədə düşünmədiyini bildirib:

“Apellyasiya şikayəti təmin olunmayıb? Əşi, eybi yox, problem yoxdur. Səbrli olub gözləməliyəm. Allah böyükdür, inşallah, yaxşı olar. Tələsməklə, artıq nədə deməklə həll olunan deyil”.

Ramal Hüseynov ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.

38 yaşlı mütəxəssis stadiona giriş qadağası olmasına baxmayaraq, Gənclər Liqasında "Qarabağ"la oyunda meydana daxil olub və hakimlər briqadasını təhqir etmişdi.

İntizam Komitəsi (İK) aprelin 8-də "dənizçilər"in seleksioneri Ramal Hüseynov barəsində verdiyi 2 il müddətinə yarışlardan kənarlaşdırılması ilə bağlı qərar qəbul etmişdi.

Səbəbkar futbolçu karyerasında müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz"in, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub, bütün yaş qruplarından ibarət millilərdə oynayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti