"Azərbaycan Ukraynanı dəstəkləməsəydi, ürəyim dözməzdi"

6 May 2022 09:20 Problem 551
"Azərbaycan Ukraynanı dəstəkləməsəydi, ürəyim dözməzdi"

"Azərbaycan Ukraynanı dəstəkləyir. Belə olmasaydı, ürəyim buna dözməzdi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın əslən ukraynalı cüdoçusu, Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış İrina Kindzerska deyib.

31 yaşlı idmançı Azərbaycanın ölkəsinə humanitar yardım göndərdiyini bildirib:

"Onlar da başa düşürlər ki, suveren ölkəyə hücum etmək olmaz. Azərbaycan Ukraynanı dəstəkləməsəydi, bu ölkənin adından çıxış edə, orada yaşaya bilməzdim.

Söhbət etdiyim bütün azərbaycanlılar hər cür köməkliyi göstərməyə hazır olduqlarını deyirlər".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"