"Xan Lənkəran"a ümid və vəd verən bu şəxs indi haradadır?

7 May 2022 20:00 Problem 1 869
"Xan Lənkəran"a ümid və vəd verən bu şəxs indi haradadır?

“Mən o vaxt da demişdim, indi də fikrimi təkrarlayıram, o azarkeşlərin xətrinə “Xəzər Lənkəran”ı Premyer Liqaya buraxmağa hazırıq.

Əsas tələblər - bank təminatı və komandanın peşəkarlaşmasıdır.

Bunlar qaydasında olsa, istisna hal kimi - dediyimizin üstündəyik”.

Bu fikirlər Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayevə məxsusdur. O, təxminən 3 ay əvvəl mətbuata açıqlamasında "Xan Lənkəran"ın "Xəzər Lənkəran"a çevrilməsinə münasibət bildirərkən yuxarıdakı fikirləri dilə gətirmişdi.

Oxşar məzmunda Musayevin daha əvvəl də bir neçə açıqlaması olub.

Amma bu gün həmin "Xan Lənkəran"ı Premyer Liqa bir kənara qalsın, heç Birinci Diviziona belə buraxmırlar. Halbuki komandanın bank təminatı var və peşəkarlaşması kifayət qədər qanedici səviyyədədir.

Ancaq yenə Lənkəran təmsilçisinə maneələr yaradılır. Klub rəsmiləri istəklərinə çatmaq üçün dəridən-qabıqdan çıxıblar. Baş vurmadıqları yol qalmayıb.

Görəsən, aylar əvvəl bu komandanın istisna hal kimi Premyer Liqaya buraxılmasını öz üzərinə götürən və vəd verən Ramin Musayev hardadır?

Ramin müəllim, cənublu futbolsevərlər indi heç Premyer Liqa həvəsində də deyillər. Amma heç olmasa onların sevimli komandalarının Birinci Diviziona buraxılmasına kömək edin. Premyer Liqa məsələsini özləri həll edərlər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti