Deputatdan AFFA-nın "Xan Lənkəran"ı I Diviizona buraxmamasına SƏRT REAKSİYA

5 May 2022 00:30 Problem 2 740
Deputatdan AFFA-nın "Xan Lənkəran"ı I Diviizona buraxmamasına SƏRT REAKSİYA

"Mən hər zaman region təmsilçiləri - "Qarabağ", "Qəbələ" və "Xəzər Lənkəran"a azarkeşlik etmişəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər millət vəkili Aqil Abbasa məxsusdur.

Deputat "Xan Lənkəran"ın AFFA tərəfindən I Diviziona buraxılmamasına sərt münasibət bildirib:

"Lənkəran klubu çempionatdan çıxanda çox pərt oldum. Niyə bölgə komandaları azalmalıdır?

Əslində "Qarabağ" da hazırda Bakı klubu hesab olunur. Ağdam bərpa olunandan sonra oraya gedəcək.

Amma "Xan Lənkəran"ı ən azı I Diviizona buraxmaq lazım idi. Mən futbola baxmaq üçün Bakıdan Lənkərana gedirdim. Stadiona 15 000 adam toplaşırdı.

Dünən "Qarabağ" - "Sabah" matçında 300 - 400 tamaşaçı var idi. Amma Şamaxıdakı oyuna daha çox azarkeş gəlmişdi. Regionlarda futbola maraq var.

Deyirlər ki, "Xan Lənkəran"ın divizionda oynaması üçün müəyyən şərtlər lazımdır. A kişi, nə şərt? Şərt nədir? Ağıllı fikirləşincə, dəli vurub çayı keçir.

Cənub bölgəsində 7-8 rayonun camaatı futbolla nəfəs alır. Ümid edirəm ki, "Xan Lənkəran"ı da I Diviziona gətirəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!