FİFA azərbaycanlı futbolçunun şikayətini nə vaxt təmin edəcək?

2 May 2022 16:00 Problem 1 247
FİFA azərbaycanlı futbolçunun şikayətini nə vaxt təmin edəcək?

FİFA Azərbaycan yığmasının və “Qarabağ“ın müdafiəçisi Bəhlul Mustfazadənin şikayəti üzrə qaldırılan məhkəmə işinin müddətini uzadıb.

Bu barədə Sportinfo.az-a futbolçunun meneceri Səbuhi Səfiyarlı bildirib.

Onun sözlərinə görə, ali futbol qurumu yekun qərarını 2 haftə sonar verəcək.

FİFA ötən ayın əvvəlində “Əl-Əyn”ə bir neçə sorğu göndərib. Ərəblər sənədlərin müəyyən hissəsini qarşı tərəfə göndərib.

Lakin beynəlxalq futbol təşkilatı məhkəməyə çəkilən tərəfin daha dolğun faktlar təqdim eləməsi üçün onlara əlavə möhlət verib.

Ötən ilin yayında “Sabah”ın formasını geyinən Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”ə transferi gündəmə gəlmişdi.

Həmin vaxt “tələbələr” də müəyyən təzminat qarşılığında müdafiəçisi ilə vilaşmağa hazır olduğunu bildirmiş və Bəhlulla yolları ayırmışdı.

Ancaq sonradan, daha doğrusu, tərəflər arasında 3 illik müqavilə bağlanmasına rəğmən, BƏƏ təmsilçisi anlaşmanı birtərəfli qaydada pozmuşdu ki, məhz bu səbəbdən Mustafazadə “Əl-Əyn”dən FİFA-ya şikayət ünvanlamışdı.

Hazırda “Qarabağ”ın formasını geyinən arxa xətt oyunçusu BƏƏ klubundan 900 min avro təzminat tələb edir.

Çünki “Əl-Əyn” rəsmi sənədlərə əsasən 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürüb. Onun hüquqlarını bu sahə üzrə ixtisaslaşmış şirkət qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti