İş adamlarının "Turan Tovuz"a yaxın gəlməməsinin TƏK SƏBƏBİ

1 May 2022 23:40 Problem 989
İş adamlarının "Turan Tovuz"a yaxın gəlməməsinin TƏK SƏBƏBİ

"Turan Tovuz"un növbəti mövsüm Premyer Liqada mübarizə aparacağı artıq qətiləşib.

Komanda bütün lazım olan sənədləri AFFA-ya təqdim edib. Bircə qalır bunu rəsmi olaraq ictimaiyyətə açıqlamaq.

Bölgə klubunda yeni mövsümə hazırlıq da başlayıb. Daha doğrusu başlamaq istəyib, amma başlaya bilmir. Çünki maliyyə yetərli qədər deyil.

Danışıq aparılan baş məşqçi və futbolçulara rəhbərlik doğru-düzgün vəd verə bilmir. Çünki büdcənin nə qədər olacağı sualı hələ də açıq olaraq qalır.

Federasiya kluba cəmi 500 min manat yardım etmək fikrindədir. Bəs qalanı? AFFA rəsmiləri qalan pulu tapmağı klub rəsmilərinə tapşırıb. Onlar da tovuzlu iş adamlarından imdad umur. Ki, bizə kömək edin. Yaxın duran isə yoxdur.

Haqqlı da edirlər. AFFA-nın "fatı otur, fatı dur" qanunları ilə idarə olunacaq bir kluba niyə kimsə halal zəhməti ilə qazandığı milyonları yatırmalıdır? Deməli, siyasəti dəyişmək vacibdir. Klublar müstəqil olmalıdır.

Bu "Turan Tovuz" müstəqil idarə olunsa, onda sponsor da tapılacaq, büdcə də düzələcək. Bunun üçün AFFA-nın yanaşmasının düzəlməsi lazımdır. Elə iş adamlarının da kluba dəstək olmamasının tək səbəbi budur. Kiçik araşdırma aparmaq dediyimizin həqiqət olmasını süsbut etməyə yetərlidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti