"Xan Lənkəran" prezidentdən kömək istədi – Diviziona görə

1 May 2022 20:20 Problem 1 161
"Xan Lənkəran" prezidentdən kömək istədi – Diviziona görə

Növbəti mövsüm üçün birinci divizionda iştirak etməyə çalışsa da, prosedur qaydalarına görə istəyi baş tutmayan “Xan Lənkəran” ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, klubun təsisçisi Dəyanət Ağayevin adından ünvanlanan məktubda prezidentdən yardım istənilib.

Məktubun surəti Gənclər və İdman naziri Fərid Qayıbova, AFFA prezidenti Rövnəq Abdullayevə və PFL rəhbəri Ramin Musayevə göndərilib.

Bu arada "Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynov atacaqları addımlar barədə açıqlama verib:

“Mənim əsas hədəfim Premyer Liqadır. Amma I Divizionda iştirak etmək lazımdır. Qoymasalar, gedib Türkiyədə çıxış edəcəyik.

Öz ölkəmizdə peşəkar olmağa qoymurlar. Lazım olsa, ən yuxarı dairələrə qədər gedəcəm. Yenə görüşəcəyik.

Rəhman müəllimlə birgə AFFA-da olacağıq. Ondan sonra hamıya məlumat verəcəyik. Hələ heç nə bitməyib. Mübarizəmizi davam etdiririk".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!