"Azərbaycanın "Braziliya"sını xatırlayan yoxdur" - ŞİKAYƏT

29 Aprel 2022 22:20 Problem 1 102
"Azərbaycanın "Braziliya"sını xatırlayan yoxdur" - ŞİKAYƏT

Azərbaycan futbolunda xüsusi yeri olan məkanlardan biri də Buzovnadır. Bakının qəsəbəsi olan Buzovnanın adı gələndə təbii ki, ilk yada düşən "Xəzri" komandası olur. 1992-ci ildə yaradılan klub uzun illər ölkə çempionatının iştirakçısı olub.

1997-98-ci il mövsümünə kimi Yüksək Liqada çıxış edən Buzovna təmsilçisi bir gümüş, bir bürünc medal qazanmağı bacarıb. Bundan başqa kollektiv 1996-1997-ci il ölkə kubokunun finalçısı olub. Bir dəfə isə ölkəmizi UEFA Kubokunda təmsil edib.

Amma illərdi Buzovna futbolu yada düşmür. Yalnız yerli sakinlərin həvəskar səviyyədə yaratdıqları futbol komandaları fəaliyyət göstərib. Bu da sırf futbol həvəsini saxlamağa xidmət etməkdən başqa bir şey deyil. Sanki futbol sferasında belə bir kəndin komandası olmayıb.

Elə Buzovna camaatını da üzən, narahat edən yaranmış situasiyadır. Onlar acınacaqlı durumdan, göstərilən diqqətsizlikdən dad eləyir, imdada diləyirlər.

Ali Karim adlı oxucumuz kimi. Redaksiyamızla əlaqə saxlayan Ali bəy Buzovna futbolunun acınacaqlı durumu ilə bağlı ürək sözlərini dilə gətirib:

"Bir balaca kənddən Paşa Əliyev, Vadim Vasilyev, Rəşad Sadiqov, Səbuhi Sadiqov, Aftandil Haciyev, Ayxan Abbasov, Aleksandr Musatkin, Vladislav Qədirov, Azər İsayev, İmanxan Sultani, İlham Qurbanov kimi futbolçular çıxıb. Bir bu qədər də başqa adlar çəkmək olar. Amma bu gün Buzovna futbolu qıraqda qalıb və stadionunun günü bərbad vəziyyətdədir. Uzun sözün qısası Buzovna Azerbaycanın "Braziliya"sıdır. Ancaq bunu xatırlayan yoxdur".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti