Komaya düşən məşqçinin qardaşı "Qarabağ"ın adını çəkdi, ŞOK OLAYdan danışdı

28 Aprel 2022 15:00 Problem 1 245
Komaya düşən məşqçinin qardaşı "Qarabağ"ın adını çəkdi, ŞOK OLAYdan danışdı

2020-ci ilin noyabrında koronavirusa yoluxan, nəticədə beyin insultu keçirən «Bakı»nın sabiq baş məşqçisi Qəhrəman Əliyev növbəti dəfə müayinə olunub.

Bu barədə Sportinfo.az-a tanınmış mütəxəssisin qardaşı Seyran Əliyev məlumat verib.

Onun sözlərinə görə, analizlər pasiyetin sağlıq durumunun ağır-sabit olaraq qalmasını göstərib:

«Qardaşımın səhhəti bir neçə ay əvvəl necə idisə, indi də elədir. Düzdür, bədəninin müxtəlif nahiyələrində yaranmış yaralar demək olar sağalıb. Bu da onun uzun müddətdir yataqda qalmasına görə idi.

Hər iki həkim növbə ilə evdə ona nəzarət edir. Şəkəri və qan təzyiqi normaldır. Əsas problem beyni ilə bağlıdır. Qan çəkilməlidir ki, komadan ayılsın.

Bir də ki, yeməyi ağzı ilə yeyə bilsə… Mədəsinə turba birləşdirilib, ancaq bu cür qida qəbul edə bilir.

Danışa bilmir, yenə yaxşı ki, reaksiyası müəyyən qədər var. Yanında dayanıb hündürdən danışanda, yaxud əlini sıxanda hiss edir.

Gözlərini açır, qaşlarını çatır. O gün onlarda idim, həmin vaxt «CBC Sport»da «Qəbələ» ilə «Qarabağ»ın oyunu gedirdi.

Futbolun səsi gələndə, gördüm ki, Qəhrəman gözlərini ekrana dikib. Kaş komadan ayıla, danışa biləydi…

Allahdan ümid üzülməz! Hamımız inanırıq ki, qardaşım günlərin birində komadan ayılacaq və bizi tanıyacaq. Onun səsini eşitmək üçün o qədər darıxmışıq ki…».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu