Sumqayıt stadionunda kefləri pozan SÜKUT davam edir

27 Aprel 2022 22:20 Problem 909
Sumqayıt stadionunda kefləri pozan SÜKUT davam edir

Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidən və əsaslı şəkildə təmir olunmasından xəbəriniz var.

Bununla bağlı ölkə başçısı 2020-ci il üçün dövlət büdcəsindən ilkin olaraq 5 milyon manat ayrılmasına dair sərəncam vermişdi.

Geridə qalan müddətdə arenada yetərincə böyük işlər görülüb. 16 min azarkeş tutumuna malik arenanın tribunaları hazırdı və üstləri də örtülüb. Bundan başqa, ofis və idman zalları üçün nəzərdə tutulan, 4 mərtəbədən ibarət inzibati binanın tikinisi yekunlaşıb, interyer işləri tamamlamaq lazımdı.

Amma ötən ilin yayında təhvil verilməsi gözlənilən stadionda təmir işləri uzun müddətdir dayandırılıb.

Dəfələrlə bu barədə yazmışıq. Son dəfə rəsmilər mətbuata açıqlamasında ötən ayın sonu və ya bu ayın əvvəli işlərin qaldığı yerdən start götürəcəyi barədə müjdə vermişdi.

Amma deyilən vaxtdan azalır bir ay zaman keçib. Şəhərin bir nömrəli arenasın baş çəkərkən yenə eyni mənzərəyə şahidlik etmiş olduq. Yerli əhali isə yaranmış mənzərədən çox məyusdur.

Arenanı sükut bürüyüb. Nəinki bu ayın əvvəli, deyəsən, heç yaxın ayların da əvvəli təmir davam etdirilməyəcək. Hər halda qarşılaşdığımız susqunluqdan başqa nəticə çıxarmaq mümkün olmadı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti