"Dinamo"da (Zaqreb) çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.
Sportinfo.az "Sportske.jutarnji" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən xəsarət alıb.
Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. Azərbaycanlı forvard artıq müalicəyə başlayıb.
Onun mayın 1-də "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.
Mahir Emreli "Dinamo"nun heyətində indiyədək 2 qol vurub.

