“Neftçi“dən: “Klubları anlamaq olar, başqa heç bir stimul yoxdur“

25 Aprel 2022 16:00 Problem 879
“Neftçi“dən: “Klubları anlamaq olar, başqa heç bir stimul yoxdur“

“Bizim çempionatda iştirak üçün yeganə stimul UEFA turnirlərinə vəsiqə qazanmaqdır“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin idman direktoru Zaur Əzizov deyib.

O, xatırladıb ki, Premyer Liqanın bütün mənsubları bu vəsiqə uğrunda yarışır:

“Yəqin ki, Azərbaycan çempionatı bu mənada dünyada yeganə liqadır. Bütün iştirakçıların məqsədi avrokuboklardır.

Klubları da anlamaq olar, başqa heç bir stimul yoxdur.

Amma çempionatda komandaların müxtəlif məqsəd və hədəfləri olmalıdır - çempionluq, avrokuboklarda iştirak, əcnəbi futbolçuları yetişdirib satmaq, akademiyanı ön plana çıxarmaq və ya sadəcə təmsil etdiyi regionda futbolun kütləviləşdirilməsi və s“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti