“Elə adamlar var idi, onların yanında söz danışmamalıydım, amma danışırdım“

24 Aprel 2022 19:40 Problem 968
“Elə adamlar var idi, onların yanında söz danışmamalıydım, amma danışırdım“

“Yaş başa ağıl gətirmir, sadəcə, futboldan uzaqlaşandan sonra nəyin necə olduğunu anladım, gördüm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin sabiq yarımmüdafiəçisi Pərvin Paşayev deyib.

Klub tapmayaraq ötən il Azərbaycandan gedən, hazırda Polşada bərbərlik fəaliyyəti ilə məşğul olan gənclər yığmasının keçmiş futbolçusu maraqlı etiraf edib:

“Elə adamlar var idi ki, onların yanında söz danışmamalıydım, amma danışırdım. Əslində sözün düzünü deyirdim, sadəcə, onu o adamın yanında deməməliydim, başqa cür danışmalıydım.

Futbolu elə vəziyyətə gətiriblər ki, bicliklərdən istifadə etməlisən. Siyasət, siyasət...“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti