"Buraya quraşdırılan yeni nəsil ot örtüklərindəndir, tam oturuşması üçün zaman lazımdır".
Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyevin müavini Kamran Vəliyev deyib.
2021-ci ildə açılışı olan Şamaxı şəhər stadionunda görülən işlərlə bağlı məlumat verən federasiya rəsmisi bildirib ki, arena 2200 azarkeş tutumuna malikdir:
"Şamaxı" ev oyunlarını burada keçirir. Süni örtük FIFA-nın ən yüksək sertifikatını alıb. Hələlik bir oyun keçirilib.
Stadion həmçinin UEFA-nın II kateqoriyasına uyğun gəlir. Burada beynəlxalq oyunların keçirilməsi imkanı da var.
Klublarımız avrokuboklarda ilkin mərhələləri burada oynaya, II təsnifat mərhələsinə kimi oyunlar burada baş tuta bilər.
Ondan sonra III kateqoriya stadion olmalıdır. U-21 və aşağı yaş kateqoriyalardan ibarət komandaların matçlarının da burada təşkili mümkündür".

