Tanınmış azərbaycanlı məşqçi açıq ürək əməliyyatı keçirdi

23 Aprel 2022 00:50 Problem 677
Tanınmış azərbaycanlı məşqçi açıq ürək əməliyyatı keçirdi

Azərbaycanın futbol məşqçisi Nadir Qasımov açıq ürək əməliyyatı keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, təcrübəli mütəxəssisin əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasında olub.

Nadir Qasımov "report"a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib: "4 damarımı dəyişiblər, heç özümün xəbərim olmayıb. Allaha qurban olum, hansısa günahım yoxdur. Evə gəlmişəm və burada mənə qulluq edirlər".

Qasımov yalnız Futbol Veteranları İttifaqının onun səhhəti ilə maraqlandığını söyləyib.

Nadir Qasımov 2020-ci ilin yayında eyni xəstəxanada koronavirusdan müalicə alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti