Premyer Liqada TUMAN PROBLEMİ – Kimdir günahkar?

13 Mart 2022 15:00 Problem 1 216
Premyer Liqada TUMAN PROBLEMİ – Kimdir günahkar?

AFFA-nın İntizam Komitəsinin sonuncu iclasında çıxarılan qərar təəccüb doğurdu.

“Sabah”ın qapıçısı Səlahət Ağayevin formasında qüsur olduğu üçün oyun 5 dəqiqə gec başlayıb və klub buna görə 800 manat cərimələnib.

Premyer Liqada qapıçının forma tələblərini pozması müəmma doğurur. Saçlarını futbolda ağardan Səlahətin forma tələblərindən xəbərsiz olması isə qəribə görünür.

Üstəlik, hakimlər oyun başlamamışdan əvvəl məşqçi və futbolçularla söhbət edir, tələblər haqda onları məlumatlandırır.

Belə olduğu halda geyim qaydası niyə pozulub? Necə pozulub? Hakimlər futbolçular meydana çıxmamış hara baxıb?

“Sabah”ın mətbuat katibi Elnur Həmidov Sportinfo.az-a açıqlamasında hadisəni nəql edib:

“Meydan süni olduğundan, Səlahət Ağayev iki alt geyimi (tuman) geyinmişdi - qara və onun üzərindən formanın rənginə uyğun sarı rəngdə.

Oyundan əvvəl bununla bağlı heç bir irad bildirilməmişdi. Amma fasilədə oyunun baş hakimi qara rəngli alt geyinminin dəyişdirilməsini tələb etdi.

Qapıçı hakimin tələbini yerinə yetirib, qara rəngli alt geyimini çıxardıqdan sonra ikinci hissə başladı”.

Məsələnin içində hansısa “əmma”nın olduğu gün kimi aydın idi. Elnur bəy açıqlamasında Ağayevin oyuna iki alt paltarında çıxdığını və geyim tələbinin pozulmasının fasilədə aşkarlandığını deməsi hakimlərin işinə hansı “məsuliyyətlə” yanaşdığının sübutudur.

Halbuki, nöqsan vaxtdan aşkarlanıb aradan qaldırılmalıydı. Daha ikinci hissə başlayanda yox.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var