“Bu, “Dəhşətli Liqa”dır - Niyə onlar bizimlə qalmalıdırlar?"

12 Mart 2022 15:20 Problem 800
“Bu, “Dəhşətli Liqa”dır - Niyə onlar bizimlə qalmalıdırlar?"

UEFA prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Super Liqasından danışıb.

Sportinfo.az xəbər verir ki, Avropanın futbol qurumunun rəhbəri, Super Liqanı “dəhşətli liqa” adlandırıb:

“UEFA-nın monopoliya olduğuna qərar versələr, o zaman bu üç klub (“Real”, “Barselona” və “Yuventus”) öz UEFA-larını yaradacaq və öz yarışlarında oynayacaqlar. Niyə onlar bizimlə qalmalıdırlar?

Həm orda, həm də burda olmaq istəyirlər. Amma belə olmur, bu, bir növ metafizikadır. Məncə, onlar bizim planetin düz olduğunu düşünürlər.

Gəlin bunu “Super Liqa” adlandırmaqdan vaz keçək. Bu, “Dəhşətli Liqa”dır.

UEFA və “Juventus” fərqli təşkilatlardır. Bu adam haqqında (“Yuventus”un prezidenti Andrea Anyelli) daha danışmayacam. Bu adam mənim üçün keçmişdir”.

Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar.

Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var