Güclü qar azərbaycanlı qapıçıya mane oldu

12 Mart 2022 01:50 Problem 991
Güclü qar azərbaycanlı qapıçıya mane oldu

Qazaxıstan Premyer Liqasında "Akjayık" və "Turan" arasında keçirilməli olan II tur qarşılaşması təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, səbəb kimi əlverişsiz hava şəraiti və futbolçuların sağlamlığı üçün yüksək riskin olması göstərilib.

Hakimlər briqadası stadionun öt örtüyünü yoxladıqda qazon sahəsinin buz bağladığı, meydanın təmizlənməsi və oyuna hazırlanmasının çətin olduğu qənaətinə gəlib.

Nəticədə məsləhətləşmələrdən sonra görüşün başqa tarixə ertələnməsi qərara alınıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlamalı idi.

"Turan"ın məşqçisi Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadov, qapıçısı isə yığma üzvü Emil Balayevdir. Bu, Türküstün şəhəri təmsilçisi ilə martın 4-də müqavilə bağlayan Balayevin debüt matçı olmalı idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var