“Qarabağ” UEFA-nın qərarından razı qaldımı? – Erməni təxribatı

11 Mart 2022 17:00 Problem 1 698
“Qarabağ” UEFA-nın qərarından razı qaldımı? – Erməni təxribatı

“Qərar artıq verlib və onu müzakirə etmək istəmirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Məlum olduğu kimi, UEFA Konfrans Liqasının Fransada "Marsel" və "Qarabağ" arasında keçirilmiş pley-off mərhələsinin ilk oyununda baş verən hüquqi pozuntularla bağlı qərarlar açıqlanıb.

Nəzarət, Etika və İntizam Komitəsi Fransa klubuna ümumilikdə 44250 avro cərimə kəsib.

Cərimənin 20 min avrosu azarkeşlərin təxribatçı siyasi və təhqiramiz hərəkətləri ilə əlaqədar tətbiq olunub.

Qarşılaşmanın gedişində Ermənistan və qondarma rejimin simvolunun nümayiş etdirilməsi "Marsel"ə bu qədər məbləğə baha başa gəlib.

"Marsel" daha 14000 avronu tribunalarda ümumi istifadə üçün nəzərdə tutulan keçidlərin tutulması səbəbindən ödəyəcək. 10250 avro cərimə isə fişəng yandırılması ilə əlaqədar tutulacaq.

Fevralın 17-də keçirilmiş həmin qarşılaşma "Marsel"in qələbəsi ilə yekunlaşıb - 3:1. Fevralın 24-də Bakıda təşkil olunmuş cavab oyununda isə "Qarabağ" 0:3 hesabı ilə uduzub.

G.Abbaszadəni dinləyək:

“İlk oyundakı hadisələrə görə UEFA-nın nümayəndəsinə şikayət etmişdik. Klubumuza qarşı törədilən bu iyrənc hərəkətə yol verənlərin cəzalandırılmasını istəmişdik.

UEFA hadisələri araşdırıb və mövqeyini bildirib. İndi başqa sözə ehtiyac yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var