“Tezliklə bu alçağı haradasa görəcəm, onunla özüm haqq-hesab çəkəcəm”

9 Mart 2022 22:40 Problem 1 462
“Tezliklə bu alçağı haradasa görəcəm, onunla özüm haqq-hesab çəkəcəm”

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev Rusiya yığmasının keçmiş kapitanı Roman Şirokovun müharibədə ölkəsinin hücumunu dəstəkləyən açıqlamasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Əliyev Şirokovu uzunqulaq adlandırıb.

37 yaşlı sabiq yarımmüdafiəçinin fikrincə, rusiyalı keçmiş oyunçunun belə açıqlamalar verməsi alçaqlıqdır:

"Kaş alçaq burada olaydı. O, insanların deyib-güldüyü məkanlara, restoranlara gedir, maşınla rahat gəzir.

Burada uşaqlarımız, qızlarımız, həyat yoldaşlarımız və analarımımızın başına nələrin gəldiyini, sadə insanların öldüyünü görsəydi, bu alçağın ürəyi dayanar və yerindən qopardı".

Əliyev Şirokovun cavabını təkbətək söhbətdə verəcəyini də vurğulayıb:

"Eybi yox, həyat belədir, dairəvidir. Düşünürəm ki, tezliklə bu alçağı haradasa görəcəyəm.

Onunla özüm haqq-hesab çəkəcəyəm. Çünki rahat oturub danışan insanlara nifrət edirəm.

Başa düşürəm ki, Rusiya telekanallarında onlar tam başqa şeylər görürlər. Amma bura tam cəhənnəmdir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var