“Anamla bacımı Bakıya göndərəcəm” - Ukraynanı təmsil edən azərbaycanlı

7 Mart 2022 22:20 Problem 903
“Anamla bacımı Bakıya göndərəcəm” - Ukraynanı təmsil edən azərbaycanlı

“Mən Ukraynanın qərbində yerləşən Çernovtsı şəhərində yaşadığımdan, bura Rusiya hərbçiləri girməyib.

Bizdə vəziyyət yaxşıdır. Ancaq bura Ukraynanın digər şəhərlərindən çoxlu qaçqın gəlib.

Onların məskunlaşması, qidalanmasına kömək etməklə məşğuluq”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a Ukraynanın karate millisinin Azərbaycan əsilli üzvü Rizvan Talıbov deyib.

24 yaşlı ikiqat Avropa mükafatçısı olan Rizvan Talıbov Ukraynanı tərk etməyəcəyini açıqlayıb:

“Biz tərəfdə sakitlikdir. Kiyev, Xarkov, Odessa, Xerson, Çerniqovda gərgin döyüşlər gedir. Bizim şəhər Rumıniya və Moldova sərhədinə yaxındır deyə burada sakitlikdir.

Ancaq Rusiyanın hücumu bizim şəhərə də gözlənilir. Ona görə də anamla bacımı Bakıya yola salmaq istəyirəm.

Amma özüm burada qalacağam, Ukraynadan getməyəcəyəm. Burada əlimdən gələn köməyi edəcəyəm. Qaçqınlara, Ukrayna Ordusuna lazımi dəstək veririk”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var