Rəhbərliklər dəyişir, amma "tapış" sistemi dəyişmir

6 Mart 2022 13:20 Problem 1 201
Rəhbərliklər dəyişir, amma "tapış" sistemi dəyişmir

Azərbaycana Tokio Olimpiadasında ilk medalı qazandıran, qadın cüdosu tarixində ilk medalı qazanmaqla tarix yazan İrina Kindzerskayanı da beləcə küsdürdük.

Ukraynada evi dağıdılan, Bakıda evsiz qalan İrina bu gün karyerasını bitirdiyini açıqladı.

Niyə, kimə görə? Elnur Məmmədli heç bir nəticəsi olmayan öz bacısı oğluna ev verdirə bilir, amma olimpiya, dünya və Avropa medalçısına yenə Bakıda ev artıq görüldü.

Təbii ki, hər şey təqdimatdan asılıdır. Yuxarılara təqdimat lazımdır. Onu da edən adamlar öz şəxsi niyyətlərini ön plana çəkir.

Ümumiyyətlə, dünən İdman Akademiyasında keçirilən tədbirdən çox adam, çox idmançı narazı qalıb. Nəticə qazanan Tofiq Musayev kənarda qalıb, bir erməni udduğu üçün Gözəl Zutovaya ev verilib.

Pauerliftinqdə külüng vuran, dünya və Avropa çempionları Ramil Əhməd, öz çəkisinə görə rekord qoymayan Rövşən Xəlilov qala-qala, heç kimin tanımadığı Ramin Rzayev kimdir axı, ona şəhərdə 3 otaqlı ev verilir?

Mən nazirlikdə əvvəlki rəhbərliyin dönəmində xatırlayıram ki, 2 dost güləşçini belə şeyə görə bir-birinə az qala düşmən ediblər.

Hamının yaxşı tanıdığı sərbəst güləşçilərdən biri mükafatlandırılacağını düşünsə də, son anda onun adı digər sərbəst güləşçi ilə əvəzlənib. Adam pisikməzmi?

Niyə axı bu tanış-tunuşluq bitmir? Day idmanda da eləməyin də bunu. Kiminsə haqqına girirsiz, vallah.

Rəhbərliklər dəyişir, amma "tapış" sistemi bizdə dəyişmir.

Federasiyalardan kimsə yazdığıma etiraz edirsə, üzümə desin, mən faktları ortaya qoyum ki, nəyi düz demirsiz..

Səbuhi Musayev

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var