Komaya düşən məşqçinin qardaşı: "Dedi ki, gözləmək lazımdır, hər an ayıla bilər"

6 Mart 2022 09:40 Problem 1 138
Komaya düşən məşqçinin qardaşı: "Dedi ki, gözləmək lazımdır, hər an ayıla bilər"

16 aydır komada olan Qəhrəman Əliyev növbəti dəfə tibbi müayinədən keçirilib.

Bu barədə Sportinfo.az-a tanınmış məşqçinin qardaşı Seyran Əliyev məlumat verib.

Onun sözlərinə görə, yoluxma nəticəsində beyin insultu keçirmiş mütəxəssisin sağlıq durumu əvvəlkitək orta-ağırdır:

«Masallıya dəvət etdiyimiz həkim onu müayinə etdi. Yeni resept yazdı və dedi ki, gözləmək lazımdır. Bildirdi ki, xəstə hər an ayıla bilər.

Qardaşımdan bugünlərdə müxtəlif analizlər də götürülüb. Nəticələr ötəndəfəki kimidir.

Bir ay qabaq orqanları hansı vəziyyətdə idisə, bu gün də elədir. Əsas problem beyindədir».

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var