"Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena" stadionu təmirə bağlanır.
Sportinfo.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən "Neftçi" PFL-dən "Sumqayıt"a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.
Stadionda aparılacaq işləri, paytaxt təmsilçisinin müraciətini və qarşı tərəfin razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Sumqayıt" arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.
Son ölkə çempionu martın 13-də Azərbaycan Premyer Liqasının XIX turunda "Sumqayıt"ı qəbul edəcək.

